Mədəniyyət Nazirliyi media nümayəndələrindən üzr istədi azerbaycan breaking news

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilmişdir. İyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsə...

Mədəniyyət Nazirliyi media nümayəndələrindən üzr istədi azerbaycan breaking news

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilmişdir. İyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsə...

Mədəniyyət Nazirliyi media nümayəndələrindən üzr istədi azerbaycan breaking news
31 July 2022 - 12:00

Sondakika haberleri

Mədəniyyət Nazirliyi media nümayəndələrindən üzr istədi
İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilmişdir.
İyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunmuşdur.

Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşmüşdür. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlamış, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaratmışdır.

Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdır.

Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin əməkdaşı və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam etmişlər.

Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin etmişdir.

Avtobusda qalan digər nümayəndələr isə nazirliyin rəsmi şəxslərinin aidiyyəti dövlət orqanları ilə danışıqlarından sonra səhər saatlarında ərazidən təhlükəsiz yerə köçürülmüşdür.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları beş-beş Hacıkənd qəsəbəsinə evakuasiya edilmişdir.
Qəsəbədə media nümayəndələrinə Niyazi Bayramov və Gəncə RMİ-nin rəisi Vasif Cənnətov tərəfindən yüksək diqqət göstərilmiş, mikroavtobusla Bakı şəhərinə yola salınmışdır.

Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə media nümayəndələrindən və qonaqlardan qaşılaşdıqları duruma görə təəssüf hissi keçirir və narahatçılığa görə üzr istəyir.


Sondakika haberleri

This news 32 hits received.

COMMENTS

  • 0 Comment